Leoni Beneş

Leoni Beneş

Aktrisa

BİOQRAFİYA

Leoni Beneş – almaniyalı aktrisadır. 22 aprel 1991-ci ildə Hamburq şəhərində anadan olub. “Babil-Berlin” və “Tac” (The Crown) filmlərində oynadığı rolları ilə tanınıb. Almaniya vətəndaşı olsa da, hazırda Londonda yaşayır. 2009-cu ildə Beneş “Qızıl palma budağı” mükafatına layiq görülmüş “The White Ribbon” filmində baş rollardan birini oynayıb. Tənqidçilərin onun ifasını “tapıntı” kimi dəyərləndirib. Həmin rol ona “Gənc artist” və “Yeni simalar” mükafatını qazandırıb. 2017-ci ildə “Babil-Berlin”də Qreta Overbek obrazını canlandırıb. Həmin rola görə Almaniyanın “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. 2020-ci ildə BBC-nin “80 gün dünya ətrafında” mini-serialının aktyor heyətinə daxil olub. Həmin il eyni zamanda “Fars dərsləri” adlı müharibə dramında mənfi qadın obrazını canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Leonie_Benesch

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç