Nauel Peres Biskayart

Nauel Peres Biskayart

Aktyor

BİOQRAFİYA

Nauel Peres Biskayart - argentinalı kino və televiziya aktyorudur. Nauel Peres Biskayart 6 mart 1986-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub. Uşaq olanda aktyor olmağı arzulayıb. İbtidai məktəbdə oxuyanda şagird tamaşalarında iştirak edib. Orta məktəbdə oxuyanda teatr dərnəyinə yazılıb və tədricən səhnəyə böyük sevgisi oyanıb. 17 yaşında olanda “Putanlar” serialında debüt edib. Orada Markos rolunu oynayıb. 2006-cı ildə Biskayart Nantda keçirilən kinofestivalda “Yapışqan” filmində oynadığı rola görə “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. 2010-cu ildə Biskayart ilk dəfə ölkə xaricində filmə çəkilib, belə ki, Fransada rejissor Benua Jakonun “Meşənin dərinliyində” filmində rol alıb. 2017-ci ildə Biskayart “Onun ürəyini görsən” adlı fransız filmində baş rolu oynayıb. Həmin il həmçinin Roben Kampiyonun “Dəqiqədə 120 zərbə” dramına çəkilib. Adıçəkilən film 70-ci Beynəlxalq Kann kinofestivalında bir neçə mükafat əldə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Nahuel_P%C3%A9rez_Biscayart
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç