Volfqanq Kolhaze
Ssenarist
Volfqanq Kolhaze - almaniyalı ssenarist, dramaturq və rejissordur. 13 mart 1931-ci ildə Berlində (Almaniya) anadan olub. Almaniya incəsənət akademiyasının üzvüdür. Vaxtaşırı Almaniya dövri mətbuatında dərc olunur. "Junge Welt" nəşrinin redaktoru olub. Pyeslər, orijinal ssenarilər, ekran üçün adaptasiyalar yazır. Kurt Metziq, Konrad Volf, Bernhard Vikki, Hayner Karov, Folkner Şlöndorf, Andreas Drezen, Andreas Klaynert kimi tanınmış alman rejissorlarla əməkdaşlıq edib. Perelmanın “Fars dərsləri” adlı müharibə dramı onun “Kapo üçün fars dili” adlı hekayəsinin motivləri əsasında lentə alınıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Wolfgang_Kohlhaase