Matyö Amalrik
Aktyor
Matyö Amalrik – fransız aktyor, kinorejissor və ssenaristdir. İkiqat “Sezar” mükafatı laureatı olub (2004 və 2007). Daha çox “Mərhəmət kvantı”, “Bir nömrəli dövlət düşməni: Əfsanə”, “Münhen”, “Skafandr və kəpənək”, “Xəzli Venera” filmlərində oynadığı rolları ilə tanınır. “Turne” adlı filmin rejissoru kimi Kann kinofestivalının mükafatçısı olub. Matyö Amalrik 25 oktyabr 1965-ci ildə Fransanın Neyi-sür-Sen şəhərində (Paris yaxınlığında) anadan olub. Atası Jak Amalrik "Liberation" qəzetində redaktor işləyib, anası Nikol Zand "Le Monde" qəzetinin tənqidçisi olub. Matyönün anası yəhudidir, İkinci Dünya müharibəsi ərəfəsində valideynləri ilə Polşadan Fransaya qaçıb. 1970-1973-cü illəri Matyö Vaşinqtonda keçirib, 1973-1977-ci illərdə Moskvada yaşayıb. Şəxsi həyatına gəlincə, bir müddət fransalı aktrisa və müğənni Janna Balibarla evli olub. 2000-ci illərin əvvəllərində boşanıblar. İki övladı var: Pyer və Antuan. 2015-ci ildən kanadalı opera müğənnisi Barbara Hanniqanla vətəndaş nikahındadır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mathieu_Amalric