Yun Yo-con

Yun Yo-con

Aktrisa

BİOQRAFİYA

Yun Yo-con - cənubi koreyalı aktrisadır. “Minari” (2020) dramında oynadığı qayınana (nənə) rolu ilə məşhurlaşıb. Həmin rola görə "Ən yaxşı ikinci plan aktrisa" nominasiyasında “Oskar”, “BAFTA” və “Amerika kinoaktyorları gildiyası” mükafatına layiq görülüb. Yo-con eyni zamanda "Critics’ Choice Movie Awards" mükafatının nominantlarından olub. O, Amerika kinoakademiyasının mükafatını əldə etmiş ilk koreyalı aktrisa kimi tarixə düşüb. Bundan başqa, “Qulluqçu” (2010, "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında Asiya kinomükafatı qazanıb), “Pulun dadı” (2012) və “Ledi Vakx” (2016) filmlərində oynadığı rolları ilə yadda qalıb. Aktrisa 19 iyun 1947-ci ildə Hvanhedo əyalətinin Keson şəhərində (Сənubi Koreya) anadan olub. Seulda boya-başa çatıb. Koreya dili və ədəbiyyatı üzrə Hanyan universitetinin birinci kurs tələbəsi olanda TBC telekanalında keçirilən (1966) açıq kastinqdə iştirak edib. Əldə etdiyi uğurdan sonra ali təhsilini yarımçıq qoyaraq “Mister Honq” adlı televiziya dramında aktrisa kimi debüt edib. 1975-ci ildə müğənni Co Yon Namaya ərə getdikdən sonra aktyorluq fəaliyyətini dayandırıb və əri ilə birlikdə ABŞ-a mühacirət edib. 1984-cü ildə Koreyaya qayıdaraq karyerasını bərpa edib. Co ilə 1987-ci ildə boşanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Youn_Yuh-jung

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç