Li Ayzek Çun
Rejissor, ssenarist
Li Ayzek Çun – amerikalı rejissor, operator, ssenarist və prodüserdir. 19 oktyabr 1978-ci ildə ABŞ-ın Kolorado ştatının Denver şəhərində koreyalı mühacir ailəsində anadan olub. Uşaqlığı Arkanzas ştatında yerləşən fermada keçib. Məktəbi bitirdikdən sonra Yel universitetinin biologiya fakültəsinə daxil olub. Ancaq birinci kursdan kino ilə bərk maraqlanmağa başlayıb və rejissor olmaq arzusunu gerçəkləşdirmək üçün təhsilini yarımçıq qoyub. Yuta universitetinin kino istehsalı fakültəsini bitirib. 2006-cı ildə könüllü qismində Ruandaya yollanıb, yerli yeniyetmələrə rejissorluq üzrə dərs keçib. Orada eyni zamanda tələbələri ilə birlikdə 11 gün ərzində “Azadlıq günü” (2007) filmi çəkib. Film “Xüsusi baxış” və “Qızıl kamera” kateqoriyasında Kann kinofestivalının nominantlarından olub. Dünya şöhrətini isə ona Amerikaya məskunlaşmış koreyalı mühacir ailəsinin həyatından bəhs edən “Minari” dramı gətirib. Adı çəkilən film “Oskar” mükafatına namizədlərdən olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lee_Isaac_Chung