Dominik Kuk

Dominik Kuk

Rejissor

BİOQRAFİYA

Dominik Kuk – britaniyalı rejissor, prodüser, teatr xadimidir. 1966-cı ildə Londonun (İngiltərə) Uimbldon rayonunda anadan olub. Koventrinin Uorik universitetini bitirib. Məzun olduqdan sonra bir müddət teleaparıcı işləyib. İki il ərzində "Pan Optic" adlı teatr truppasına rəhbərlik edib. Daha sonra Kral Şekspir truppasında rejissor köməkçisi olub. 1995-ci ildə Royal-Kort teatrında bədii direktor olub. Səkkiz ildən sonra Kral Şekspir truppasına geri qayıdıb. 2007-ci ildə “Çətin sınaq” adlı pyesi tamaşaya qoyub. 2017-ci ildə “Tənqidçilər halqası” adlı teatr mükafatına layiq görülüb ("Ən yaxşı rejissor" nominasiyasında). Ekranlarda rejissor kimi debütünü 2016-cı ildə “Boş qalmış tac” (2016) serialında gerçəkləşdirib. Daha çox “Kuryer” (2021) siyasi trilleri üzərində gördüyü işə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Dominic_Cooke

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç