Reyçel Brosnahen

Reyçel Brosnahen

Aktrisa

BİOQRAFİYA

Reyçel Elizabet Brosnahen – amerikalı aktrisadır. “Emmi” və ikiqat “Qızıl Qlobus” laureatıdır. Brosnahen 12 iyul 1990-cı ildə Viskonsin ştatının Miluoki şəhərində (ABŞ) anadan olub. Uşaqlığı İllinoys ştatının Haylend-Park qəsəbəsində keçib. Orta məktəbi orada bitirib. Məşhur qadın çantaları modelyeri Keyt Speydin (1962-2018) qardaşı qızıdır. 2012-ci ildə Nyu-York Universitetinin Tiş İncəsənət məktəbini bitirib. Məzun olduqdan sonra karyerasına Amerika teleməkanında qədəm qoyub, belə ki, “Yaxşı qadın”, “CSİ: Cinayət yeri: Mayami”  və “Ehtirasın anatomiyası” kimi seriallarda kiçik rollar alıb. Ona uğur gətirən rol NETFLİX-də yayımlanan (2013-2015) “Kartdan ev” adlı siyasi dramda oynadığı Reyçel Posner rolu olub. Həmin rola görə 2015-ci ildə “Emmi” nominantı olub. 2018-ci ildə “Heyrətamiz xanım Meyzel” serialında oynadığı rol ona "Teleserial, komediya və ya müziklda ən yaxşı qadın rolu" nominasıyasında “Qızıl Qlobus” mükafatını qazandırıb. Aktrisa 2016-cı ildən aktyor Ceyson Ralfla evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Rachel_Brosnahan

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç