Lüis Tan

Lüis Tan

Aktyor

BİOQRAFİYA

Lüis Tan – amerikalı aktyor, kaskadyor və modeldir. 4 fevral 1987-ci ildə İngiltərədə anadan olub. İki yaşında olanda ailəsi ilə birlikdə Los-Anceles (ABŞ, Kaliforniya) şəhərinə köçüb. Atası ona erkən yaşlarından şərq döyüş sənətlərini öyrədib. Tay boksu, kunq-fu, cui-citsu, yapon katanası ilə məşğul olub. Yeniyetməlik illərində müxtəlif teatr tamaşalarında iştirak edib, aktyorluq sənətini öyrənib. 2016-cı ildə "Netflix"in “Dəmir yumruq” serialının birinci mövsümünə qonaq aktyor qismində dəvət olunub. Həmin il “Oğru yuvası” adlı döyüş filminə çəkilib. Atası çin əsilli kaskadyor və döyüş səhnələri tərtibatçısı, anası keçmiş britaniyalı modeldir. Kiçik qardaşları da incəsənətlə məşğuldur. Evan fotoqraf olub, Sem isə onun kimi aktyordur. Lüis Tan daha çox teleseriallarda oynadığı rollarla və “Mortal Kombat” videooyununun 2021-ci ildə çəkilmiş  film remeykində oynadığı Kol Yanq (sonradan Conni Keyc) rolu ilə tanınır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Lewis_Tan

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç