Co Kreymer

Co Kreymer

Bəstəkar, musiqi prodüseri

BİOQRAFİYA

Co Kreymer 1971-ci ildə ABŞ-da anadan olub. Nyu-York ştatının Albani şəhərində boya-başa çatıb. Atası və əmisi musiqiçi olub. Kreymer də azyaşlı uşaq olduğu illərdən fortepiano dərslərinə gedib. Orta məktəbdə oxuyan vaxt özündən yaşca böyük Skot Storm adlı oğlanla dostlaşıb. Storm sonradan peşəkar rejissor olur və onun musiqi bəstəkarlığına gəlişində müəyyən mənada təsir göstərir. Kreymerin kino bəstəkarı olaraq debütü məhz dostu Skotun çəkdiyi “Zınqırov saatı” adlı filmində baş tutub. Storm onu Brayan Sinqer və Kristofer MakKuayr kimi tanınmış rejissorlarla tanış edir. Beləcə Kreymer peşəkar kinobəstəkar olmağa qəti qərar verir. 2000-ci ildə Benisio Del Toronun baş rolda çəkildiyi “Silah yolu” müasir vesterninin saundtreklərini bəstələyir. Film kassa uğuru qazanmasa da, tənqidçilərin etimadını qazanır və Amerika kinosunda kult klassikasına çevrilir. Kreymer daha çox “Mümkünsüz tapşırıq: Didərginlər tayfası” (2015), “Cek Riçer” (2012),“Silah yolu” (2000) filmlərinin bəstəkarı kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Joe_Kraemer_(composer)

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç