Van Sanyuan
Aktyor
Van Sanyuan – çinli aktyordur. 23 iyun 1972-ci ildə Çinin Lyaonin əyalətinin Şenyan şəhərində dünyaya göz açıb. Çinin Mərkəzi Dram Akademiyasını bitirib. Aktyorluq karyerasına 2000-ci illərin əvvəllərində televiziyada başlayıb. Ona ilk şöhrəti rejissor Çjan Menin “Dəmir pianino” (2010) adlı komediya dramında oynadığı rol gətirib. Həmin rola görə 23-cü Beynəlxalq Tokio Kinofestivalında "Ən yaxşı aktyor" nominasiyasında qalib olub. 2014-cü ildə Sanyuan “Qılınc qardaşlığı” adlı tarixi döyüş filminə çəkilib. Film Min sülaləsinin hakimiyyəti dövründə yaşamış üç döyüşçü dostdan bəhs edir. O, həmçinin “Cənab Vunu xilas etməli” (2015) kriminal trillerində oynadığı rolla çinli tamaşaçıların sevgisini qazanıb. Film 2004-cü ildə yer almış real hadisələrə əsaslanır. Belə ki, filmdə polis paltarı geyinmiş üç dələduz çinli aktyoru oğurlayaraq, yaxınlarından 3 milyon yuan girov pulu tələb edir. 2020-ci ildə Çinin ən iri büdcəli tarixi dramlarından olan “Səkkiz yüz” adlı müharibə filmində Lao adlı qorxmaz əsgər rolunu canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Wang_Qianyuan