Robert Elsvit
Kinooperator
Robert Kristofer Elsvit 22 aprel 1950-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. Kinoya çəkilməyə başlamazdan əvvəl Elsvit bir neçə təhsil müəssisəsində nəzəri və praktiki bacarıqlara yiyələnib. Kaliforniya Universiteti, Cənubi Kaliforniya Universiteti, Amerika Kinoincəsənət İnstitutunda ali təhsil alıb. Sonuncunu 1977-ci ildə bitirib. Robert Elsvit karyerasını müxtəlif rejissorlarla başlayıb. Stiven Cillenhol və Qari Flederlə bir neçə kinonun çəkilişində əməkdaşlıq edib. 1996-cı ildə Pol Tomas Andersonun “Səkkizlik oyunu tərk edir” adlı filmi ekranlara çıxır, bu onların ilk müştərək işi sayılır. Bu əməkdaşlıq indiyə kimi davam edir. Elsvit bir neçə il Corc Kluni ilə əməkdaşlıq edib, “Gecəniz xeyrə və uğurlar” adlı ağ-qara lentli filmdə operator işi tənqidçilər tərəfindən müsbət qiymətləndirilib. Maraqlıdır ki, Elsvit əslində filmi rəngli çəkib, yalnız post-prodakşn mərhələsində çıxış görüntüsünü ağ-qaraya çeviriblər. Onun dediyinə görə, birbaşa olaraq ağ-qara lentə çəkilmiş filmdən fərqli olaraq, montaj zamanı rənglinin ağ-qaraya dəyişdirilməsi üslubu, filmin vizual sırasını daha zəngin edir. 2006-cı ildə Robert Elsvit həmin filmə görə ilk “Oskar” nominasiyasını qazanır. Ancaq bu nominasiyada “Geyşanın xatirələri” filminin operatoru Dion Bibiyə uduzur. İki ildən sonra, bu dəfə “Neft” dramına görə “Oskar”a namizəd olur və qalib gəlir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D1%81%D0%B2%D0%B8%D1%82,_%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82