İlya Nayşuller

İlya Nayşuller

Rejissor

BİOQRAFİYA

İlya Viktoroviç Nayşuller - rusiyalı kinorejissor, kinoaktyor, prodüser, ssenaristdir. Həmçinin “Biting Elbows” rok qrupunun frontmenidir. 19 noyabr 1983-cü ildə Moskvada (Rusiya) anadan olub. Atası oliqarx Viktor Nayşullerdir. 8-14 yaşlarında Londonda təhsil alıb. Rusiyaya geri döndükdən sonra Yasenevo şəhərində yerləşən Britaniya beynəlxalq məktəbində oxuyub. Ali təhsili yoxdur. Rusiyada Televiziya və radio yayım institutuna daxil olsa da, təhsilini yarımçıq dayandırıb. Daha sonra Nyu-York Universitetinə qəbul olunsa da, orada da çox oxumayıb. 2008-ci ildə "Biting Elbows" adlı rok qrupun əsasını qoyub. Onunla iki studiya albomu buraxıb. 2013-cü ildə qrupun “Bad motherfucker” adlı mahnısına çəkdiyi klipi "YouTube" platformasında 40 milyondan çox baxış sayı əldə edib. 2010-cu ildən aktrisa Darya Çaruşa ilə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B0%D0%B9%D1%88%D1%83%D0%BB%D0%BB%D0%B5%D1%80,_%D0%98%D0%BB%D1%8C%D1%8F_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç