Xloya Jao
Rejissor, ssenarist, prodüser
Xloya Jao – çin əsilli amerikalı kinorejissor, ssenarist və prodüserdir. Debüt kinolenti 2015-ci ildə böyük ekranlara çıxan “Qardaşımın öyrətdiyi mahnılar” filmidir. Ekran əsərinin premyerası “Sandens” müstəqil filmlər festivalında baş tutub. İkinci filmi olan “Çapar” kinotənqidçilər tərəfindən yüksək qiymətləndirilib, eyni zamanda bir sıra kateqoriyalarda “Müstəqil ruh” mükafatına namizəd olub. Frensis Makdormandın iştirakı ilə çəkdiyi “Köçərilər” dramı 2020-ci ilin sentyabr ayında “77-ci Venesiya Kinofestivalı"nda nümayiş olunub. Film “Qızıl şir” mükafatına layiq görülüb. Növbəti rejissor işi olan “Əbədilər” 2021-ci ildə ekranlara çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chloé_Zhao