Piter Spirs
Aktyor
Piter Spirs - amerikalı aktyordur. 29 noyabr 1965-ci ildə Kanzas-siti (ABŞ) şəhərində yəhudi ailəsində dünyaya göz açıb. Uşaqlığı Overlend-Park şəhərində (Kanzas ştatı) keçib. Orta məktəbi bitirdikdən sonra Nortuestern universitetinə daxil olub. Həmin illərdən aktyorluq karyerasına qədəm qoyub. İlk rollarından biri "Kvant sıçrayışı" fantastik teleserialında Duq Brics rolu olub. Daha sonra "Gənc İndiana Consun macəraları", "Metlok", "Dostlar", "Təcili tibbi yardım" kimi seriallara çəkilib. Böyük ekranlarda debütü isə 1995-ci ilə təsadüf edir: belə ki, Çarlz Şayerin "Gəlin atası 2" ailəvi komediyasında doktor Vaqner rolunu ifa edib. 2002-ci ildə "Ernest və Bertram" adlı qısametrajlı parodiya-filmin rejissoru olub. Daha çox Luka Quadanyinonun "Məni öz adımla çağır" romantik dramında oynadığı Ayzek rolu ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Peter_Spears