Süheyl Dabbaç

Süheyl Dabbaç

Aktyor

BİOQRAFİYA

Süheyl Dabbaç – İraq əsilli amerikalı aktyordur. Süheyl 1965-ci ildə İraqda dünyaya göz açıb. Bağdad İncəsənət Kollecində incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. 1990-cı ildə isə Bağdad Universitetini bitirib. 1997-ci ildə İraqdan İordaniyaya köçüb. 2008-ci ildə İordaniyada yaşadığı vaxtda Hollivudun “Oskar” mükafatlı “Hurt Locker” müharibə filmində terrorçu-kamikadze roluna çəkilib. Filmdə uğur qazanandan sonra ailəsi ilə birgə Nyu-Mexiko ştatının Albakörke şəhərinə köçüb. Hanna adlı qadınla evlidir, üç övladı (2 oğlu və 1 qızı) var. 2019-cu ildə Mettyü Maykl Karnahanın “Mosul” adlı filmində baş rollardan birinə çəkilib. İŞİD-ə qarşı mübarizə aparan əlahiddə xüsusi təyinatlı dəstədən bəhs edən film real faktlar əsasında lentə alınıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Suhail_Dabbach

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç