Maykl Hayatt

Maykl Hayatt

Aktrisa

BİOQRAFİYA

Şarlin “Maykl” Hayatt – Britaniya doğumlu amerikalı televiziya və kino aktrisasıdır. İngiltərənin Birminqem şəhərində doğulub. Hovard universitetində bakalavr dərəcəsi əldə edib. Magistratura təhsilini isə Nyu-York universitetində tamamlayıb. Dünyaca məşhur "The Wire" (“Gizli Dinləmə”) serialında Brianna Barksdeyl rolunda şöhrət qazanıb. Həmçinin “Ray Donovan” (“Rey Donovan”) serialında Şeyla Munis vəCrazy Ex-Girlfriend” (“Keçmiş dəlisov sevgilim”) serialında doktor Noel rolunda tanınır. "ER", "24", "Law & Order", "Six Feet Under", "The Big Bang Theory", "Veronica Mars", "Oz", "Criminal Minds", "Joan of Arcadia" və sair seriallarda qonaq rollar oynayıb. Adının Mayk olması bir çoxlarında çaşqınlıq yaradır. Məktəb illərindən Maykl Ceksonun qatı pərəstişkarı olduğundan şagird yoldaşları onu bu adla çağırıb. Sonradan Maykl adını özünə səhnə adı seçib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Michael_Hyatt

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç