Terri Kinni

Terri Kinni

Aktyor

BİOQRAFİYA
Terri Kinni - amerikalı aktyor və teatr rejissorudur. Kinni 29 yanvar 1954-cü ildə İllinoys ştatının Linkolin şəhərində (ABŞ) dünyaya göz açıb. İllinoys ştatının məzunudur. Orada sonradan birlikdə Çikaqo teatrı nəzdində "Steppenwolf Theatre Company" truppasının həmtəsisçisi olduğu Ceff Perri ilə tanış olub. Müxtəlif kino və televiziya layihələrində iştirak etsə də, daha çox teatr sahəsində şöhrət qazanıb. Kinni 1990-cı ildə "Hiddət" pyesində səhnəyə çıxmaqla Brodvey debütünü gerçəkləşdirib. Həmin rol onu "Toni" teatr mükafatına namizəd edib. 1980-ci illərin ortalarından başlayaraq ikinci plan aktyor kimi müxtəlif seriallara çəkilməyə başlayıb. Ekranlarda ən çox "HBO"nun ən reytinqli seriallarından olan və 1998-2003-cü illərdə yayımlanan "Oz həbsxanası" adlı kriminal dramda oynadığı Tim Maksimus rolu ilə məşhurlaşıb. Kinni iki dəfə evli olub. 1998-1988-ci illərdə aktrisa Elizabet Perkinslə ailə həyatı sürüb. 1993-2005-ci illərdə isə Ketrin Erbe ilə nikahda olub. Həmin nikahdan iki övladı var. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Terry_Kinney
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç