Bo Börnem

Bo Börnem

Aktyor

BİOQRAFİYA

Robert Pikerinq “Bo” Börnem – amerikalı komik, musiqiçi, nəğməkar şair, ifaçı və aktyordur. Əsasən stendap monoloqları və satirik mahnıları ilə şöhrət qazanıb. Populyarlaşmasında YouTube platformasına yerləşdirdiyi videoyazılar böyük rol oynayıb. Kanalında 250 milyondan çox baxış sayı var. 2008-ci ildə "Comedy Central Records" studiyası ilə müqavilə bağlayıb və "Bo Fo Sho" adlı mini albom və "Bo Burnham," "Words Words Words" və "What" adlı üç studiya albomu buraxıb. Son iki albomu "Comedy Central" şousunda təqdim olunub. Börnemin “Make Happy” adlı videosu 3 iyun 2016-cı ildə eksklüziv olaraq "Netflix"də yayımlanıb. Börnem MTV telekanalında populyarlaşan “Zak Stoun məşhurlaşmağa hazırlaşır” adlı teleserialının yaradıcılarından və aktyorlarından biri olub. Onun ilk tammetrajlı filmi (filmin rejissoru və ssenaristi olub) 2018-ci ilin iyul ayında bu ekranlara çıxıb və çox sayda mükafata, o cümlədən "Ən yaxşı orijinal ssenari" nominasiyasında Amerika Yazıçılar Gildiyasının mükafatına layiq görülüb. 2020-ci ildə “Gələcək vəd edən gənc qadın” (Promising young woman) adlı trillerdə baş rollardan birinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bo_Burnham 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç