Emirald Fennel
Aktrisa, ssenarist, rejissor, prodüser
Emirald Fennel – britaniyalı aktrisa, ssenarist və yazıçıdır. Daha çox “Mamaça çağırın” serialında Petsi Maunt rolu ilə tanınır. Emirald Lili Fennel 1 oktyabr 1985-ci ildə London şəhərində (İngiltərə) anadan olub. Atası Teo Fannel tanınmış britaniyalı zərgər, anası Luiza Fennel (MakQreqor) yazıçıdır. Emiraldın özündən kiçik Koko Poppi adlı bacısı var, modelyerdir. Emirald Malboro kollecində oxuyub, daha sonra Oksford universitetinə daxil olub, ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. Tələbə olduğu illərdə müxtəlif tamaşalarda iştirak edib. Növbəti tələbə tamaşalarından birində “United Agents” istedad axtarışı agentliyinin skautu Linda Kinqin diqqətini cəlb edir. Linda Kinq aktrisa Kira Naytlinin agentidir. Beləliklə, televiziya məkanına ayaq basan Emirald “Sınaq və qisas”, “Yeni hiylələr” və “Hər bir adamın ürəyi” kimi seriallara çəkilir. 2012-ci ildə Co Raytın “Anna Karenina” dramına çəkilib. Həmin filmdə baş rolu Kira Naytli və Cud Lou oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Emerald_Fennell