Cennifer Kulic

Cennifer Kulic

Aktrisa

BİOQRAFİYA

Cennifer Odri Kulic – amerikalı komediya aktrisası, stendap-komik, ssenaristdir. 28 avqust 1961-ci ildə anadan olub. Daha çox “Amerikan piroqu” komediya franşizasında Stiflerin anası, “Zoluşkanın hekayəsi” filmində Hilari Daffın ögey anası, “Qanuni sarışın” komediyası və onun sikvelində manikür ustası Paulet rolu ilə tanınır. Bundan başqa, “Coui” və “Amerikalı yeniyetmənin gizli həyatı” seriallarında oynadığı rollarla yadda qalıb. 2012-2017-ci illərdə “Girdaba düşmüş iki qız” sitkomunda Sofi Kuçinski rolunu oynayıb. Cennifer Kulic Bostonda boya-başa çatıb. Atası Pol Kulic plastmas istehsalı ilə məşğul olub. Uşaqlığında aktrisa peşəkar müğənni olmağı arzulayıb. Noruell məktəbində ardınca Boston şəhərinin Emerson kollecində oxuyub. Diplom aldıqdan sonra Nyu-Yorka köçüb və Qotem-sitinin improvizatorlar qrupuna qoşulub. Bir müddətdən sonra yaşayış yerini dəyişərək, Los-Ancelesə məskunlaşıb, "Groundlings Main company" komediya truppasına qoşulub. Aktrisa asudə vaxtlarında xeyriyyə işləri ilə məşğul olur, QİÇS xəstələrinə və heyvan haqlarına dəstək göstərir. Bir müddət komik Krist Kettenlə sevgili olub.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Jennifer_Coolidge

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç