Lüsiya Monis
Aktrisa
Ana Lüsiya Pereyra Monis – 9 sentyabr 1976-cı ildə Portuqaliyanın Lissabon şəhərində dünyaya göz açıb. Atası Karlos Alberto dirijor, anası Mariya du Amparo musiqiçi olub. Onun Sara adında bacısı və iki ögey qardaşı (Paulo və Juan) var. Musiqi məktəbinin altıncı sinfini bitirdikdən sonra tələbə mübadiləsi proqramının xətti ilə ABŞ-a yollanır. 19 yaşında olanda "Festival da Cancao" adlı milli festivalda iştirak edib. Finala çıxaraq ölkəsini “Eurovision” mahnı müsabiqəsində təmsil etmək şansı qazanıb. Hərçənd müsabiqədə 23-cü yerd tutub (1996-cı il). 1999-cu ildə “Maqnoliya” adında ilk solo albomu işıq üzü görüb. Aktyorluq karyerasına 90-cı illərin sonlarında sabun operalarına çəkilməklə qədəm qoyub. Böyük ekranlarda Riçard Körtisin “Real sevgi” melodramında debüt edib. Daha sonra “Yay gecəsində yuxu”, “İtalyan yazıçı”, “İkinci həyat”, “Fatimə” kimi filmlərə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: