Finn Koul

Finn Koul

Aktyor

BİOQRAFİYA

Finn Koul – ingilis aktyordur. 9 noyabr 1995-ci ildə London şəhərində (İngiltərə) anadan olub. Dörd qardaşı var. Böyük qardaşı Co Koul da aktyordur. Finn aktyorluq sənəti ilə hələ məktəbdə oxuduğu illərdən məşğul olmağa başlayıb. 17 yaşında Londonun Milli Gənclər Teatrının truppasına daxil olub. Ekranlarda aktyorluq karyerası 2012-ci ildə başlayıb, belə ki, “Cinayətkar” filmində epizodik rol oynayıb. Daha sonra BBC 2 telekanalında yayımlanan populyar “Ülgüc uclu papaqlılar” kriminal dramında Maykl Qrey rolunu qazanıb. Həmin rola 2014-cü ildən bəri çəkilib. Aktyorun digər iri kinolayihələri arasında “Xəyallar diyarı” (2019) və “Heyvan krallığı” filmlərində oynadığı rolları misal gətirmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Finn_Cole

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç