Keyli Karter - amerikalı kino və televiziya aktrisasıdır. 1993-cü ildə ABŞ-ın Florida ştatının Ovyedo şəhərində dünyaya göz açıb. Atası inşaatçı, anası terapevtdir. Savanna İncəsənət və Dizayn Kollecində aktyorluq ixtisası üzrə ali təhsil alıb. İlk dəfə peşəkar teatr səhnəsinə Mark Raylensin "Yaxşı balıq" (Nice Fish) tamaşasında (Londonda) çıxıb. Ekranlarda daha çox "Şəxsi həyat" (Private Life, 2018), "Miss Amerika" (2020), "Qan bağları" (Let Him Go, 2020), "Bəd təhsil" (Bad Education, 2019) film və seriallarında oynadığı rolları ilə yadda qalıb. IMDB məlumat bazasına əsasən, 2020-ci ilə qədər 10 film və serialın çəkilişində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kayli_Carter