Karen Pistorius
Aktrisa
Karen Pistorius – yeni zelandiyalı aktrisadır. 1990-cı ildə Cənubi Afrika Respublikasının Rüstenburq şəhərində anadan olub. Uşaqlığı üç böyük qardaşı və bacıları ilə birlikdə həmin şəhərdə keçib. Daha sonra ailəsi ilə Yeni Zelandiyaya köçüb. Orada Karen məktəb-teatr tamaşalarında iştirak etməyə başlayıb. Universitetdə isə incəsənət və dizayna meyl salıb, animasiya və illüstrasiya ilə məşğul olub. Ali təhsili başa vurduqdan sonra bir müddət teatrda çalışıb. Daha sonra televiziya və kino layihələrində iştirak etməyə başlayıb. Ekranlarda debütü 2009-cu ilə təsadüf edir. Belə ki, həmin il “Axtarıcı haqda əfsanə” serialında epizodik rol oynayıb. Daha sonra “Mavi qızılgül”, “Kağız nəhəngləri: jurnal müharibələri” və “Həyat belədir” seriallarında baş rollara çəkilib. Beynəlxalq şöhrətini ona “Birbaşa qərbə” və “Okeanda işıq” filmlərində oynadığı rollar gətirib. 2016-cı ildə Karen “İnkar” adlı bioqrafik dramda, 2017-ci ildə isə “Yük” adlı elmi-fantastik filmdə rol alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Caren_Pistorius