Qebriel Beytman

Qebriel Beytman

Aktyor

BİOQRAFİYA

Qebriel Maykl Beytman (10 sentyabr 2004, Turlok, Kaliforniya, ABŞ) - amerikalı aktyordur. Qebriel Beytman Kaliforniyanın Turlok şəhərində anadan olub və boya-başa çatıb. Aktyorluq karyerasını davam etdirmək üçün Cənubi Kaliforniyaya köçüb. Ailədəki səkkiz uşaqdan ən kiçiyidir (4 qardaşı və 3 bacısı var). Bacılarından biri aktrisa Talitha Beytmandır. Beytman 2012-ci ildə "George Biddle CPA" kəskin döyüş filmində debüt edib. Daha sonra “Maker Shack Agency” və “Grey's Anatomy” seriallarında epizodik rollar oynayıb. 2014-cü ildə Beytman “The Conjuring” filminin spinofu sayılan “Annabellanın lənəti” adlı qorxu filmində Robert rolunu ifa edib. 2014-2015-ci illərdə CBS Stalker serialında Ethan Taylor rolunu oynayıb. 2016-cı ildə aktyor "Amerikan qotiki" serialında Jack Hawthorne, 2016-2017-ci illərdə TV seriyasında Joshua Austin obrazını canlandırıb. Daha çox “Sönsün işıqlar…” qorxu filmində Martin, “Uşaq oyunları “filmində Endi Berklay rolu ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Gabriel_Bateman 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç