Cek Torn

Cek Torn

Ssenarist

BİOQRAFİYA

Cek Torn - britaniyalı ssenarist və dramaturqdur. Radio, teatr və kino üçün ssenarilər yazır. Daha çox “Südəmərlər”, “Tullantılar”, “Bura İngiltərədir, 86”, “Bura İngiltərədir, 88”, “Arsızlar” serialları, “Kəşfiyyat – oğlanlar üçün kitab” filmi üzərində gördüyü işə görə tanınır. Cek Torn 6 dekabr 1978-ci ildə Bristolda (Böyük Britaniya) anadan olub. Sent Varfolomey (Nyuberi şəhəri, Berkşir Qraflığı) məktəbində təhsil alıb. Ssenarist kimi 2005-ci ildə Buş teatrının “Məni nə vaxt müalicə edəcəksiniz” tamaşasında debüt edib. “Skinlər” və “Arsızlar” teleserialına ssenari yazıb. Şeyn Medouzla birlikdə “Bura İngiltərədir, 86” (2010), “Bura İngiltərədir, 88” (2011) mini-seriallarını çəkib. 2010-cu ilin avqust ayında BBC Tornun “Toxunuş” mini-teleserialının ssenaristi təyin olunduğunu ictimailəşdirib. 2012-ci ildə “Bura İngiltərədir, 88” üzərində gördüyü işə görə BAFTA mükafatına layiq görülüb. Həmçinin, radio üçün “Məni nə vaxt müalicə edəcəksiniz” (BBC Radio 3, 2006), “Mələkdən solda”( BBC Radio 4, 2007), “Notrdam kilsəsi” (BBC Radio 4,2009), “İnsanlar ictimai yerlərdə öpüşür” (BBC Radio 3, 2009) pyeslərini yazıb. 2009-cu ildə “Oğlanlar üçün kəşfiyyat kitabı” adlı ilk filmi işıq üzü görüb. Həmin film ona London kinofestivalında “Ən yaxşı debüt” mükafatını qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jack_Thorne

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç