Milli Bobbi Braun

Milli Bobbi Braun

Aktrisa

BİOQRAFİYA

Milli Bobbi Braun – britaniyalı aktrisa və modeldir. 19 fevral 2004-cü ildə İspaniyada anadan olub. Böyük Britaniyada boya-başa çatıb. Daha çox “Çox qəribə şeylər” elmi-fantastik serialında “On birinci” obrazını canlandırmaqla tanınır. Həmin rola görə dram serialında "Ən yaxşı ikinci plan qadın rolu" (13 yaşda) nominasiyasında “Emmi” mükafatçısı olub. Həmçinin, "Time 100" reytinqinə düşən ən gənc aktrisa olub. Milli həmçinin UNİCEF-in ən gənc sülhməramlı səfiridir. Braun debütünü 2013-cü ildə ABC telekanalının “Bir dəfə sirlər diyarında” serialında Alisa rolu ilə gerçəkləşdirib. 2014-cü ildə BBC America-nın “Dələduzlar” paranormal dram teatrında Medison Odonnell rolunu oynayıb. Daha sonra CBS-nin “Dəniz polisi: Xüsusi şöbə” adlı polis dramına və ABC-nin “Amerika ailəsi” sitkomu və ABC-nin “Ehtirasın anatomiyası” dram serialına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Millie_Bobby_Brown

FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç