Brüs Geller

Brüs Geller

Ssenarist

BİOQRAFİYA

Brüs Geller 13 oktyabr 1930-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. 1952-ci ildə Yel Universitetini bitirib. Psixologiya və sosiologiya üzrə bakalavr dərəcəsi əldə edib. Həmin illərdə teatrla maraqlanmağa başlayıb. Məzun olduqdan sonra Hollivuda köçüb və telessenarist karyerasına qədəm qoyub. 1963-cü ildən isə müxtəlif serialların epizodlarına prodüserlik edib. 1957-1961-ci illərdə müzikllar üçün şerlər toplusunu nəşr etdirib. Lakin tənqidçilər onun əsərlərini kifayət qədər soyuq qarşılayıb. 1966-1973-cü illərdə “Çətin tapşırıq” serialının yaradılmasında iştirak edib. İki yüzdən çox epizoduna prodüserlik edib. Arasıra rejissor, aktyor və bəstəkar kimi də fəaliyyət göstərib. Daha çox “Çətin tapşırıq” (1966-1973) və “Xəfiyyə Menniks” (1967-1975) serialları üzərində gördüyü işə görə tanınır. 7 sentyabr 1953-cü ildə Jannet Marks adlı qadınla evlənib. Nikahları Brüsün ölümünə qədər 25 il davam edib. Brüs Geller uçuş həvəskarı olub. Özünün şəxsi Cessna 337 modelindən olan təyyarəsi var idi. 21 may 1978-ci ildə təyyarəni idarəedən zaman qatı dumana düşüb və 9:15 Santa-Barbara şəhərində təpəyə çırpılaraq həlak olub. Ssenarist Los-Ancelesin “Sinay dağı” məzarlığında dəfn olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bruce_Geller

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç