Mariya Bakalova

Mariya Bakalova

Aktrisa

BİOQRAFİYA

Mariya Bakalova (bolq. Мария Бакалова) – bolqar aktrisa. 4 iyun 1996-cı ildə Bolqarıstanda anadan olub. Altı yaşından musiqi  ilə məşğul olub. Burqas şəhərində dram ixtisası üzrə Milli incəsənət məktəbini bitirib. Daha sonra 2019-cu ildə Krastyo Sarafov adına Teatr və kino incəsənət milli akademiyasının dram kurslarını bitirib. Karyerasının əvvəlində başlıca olaraq bolqar filmlərinə çəkilib, “Transgressiya” (2018), “Sonuncu zəng” (2020) kimi reytinqli filmlərə çəkilib. Beynəlxalq şöhrəti isə ona “Borat” kinokomediyasının sikvelində “Qazaxıstanlı müxbir” Boratın qızı Tutar Saqdiyeva rolu gətirib. Xüsusilə onun Amerikalı respublikaçı siyasətçi Rudi Culianidən intim şəraitdə müsahibə aldığı səhnə diqqət çəkib. Bakalovanın oynadığı rol tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. IGN aktrisanı “fantastik tapıntı” kimi qələmə verib, eyni zamanda LA Times onun “möhtəşəm performansından” söz açıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BA%D0%B0%D0%BB%D0%BE%D0%B2%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D1%8F

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç