Mayk Pens

Mayk Pens

Siyasətçi

BİOQRAFİYA

Mayk Pens (ing. Michael Richard "Mike" Pence) - Amerikalı Respublikaçı siyasətçi, İndiana ştatının 50-ci qubernatoru və Amerika Birləşmiş Ştatlarının 48-ci vitse-prezidenti. 2000-ci ildə ABŞ Nümayəndələr Palatasına seçilmişdir.Mayk Pens 1959-cu ildə ABŞ-ın İndiana ştatının Kolumbs şəhərində anadan olmuşdur. Hanover Kollecini bitirdikdən sonra İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə təhsil almışdır. 1988, 1990-cı illərdə ABŞ Konqresinə namizəd olsada seçilməmişdir. 1994 - 1999-cu illərdə siyasi və tənqidi fikirləri məşhurlaşmış televziya və radio verlişlərinə rəhbərlik etmişdir. 2000-ci ildə İndiana ştatından ABŞ Nümayəndələr Palatasına seçilmiş və 2013-cü ilə qədər bu vəzifədə qalmışdır. Mayk Pens siyasi karyerasında daha çox Çay partiyası hərəkatının ideoloqu və təsübkeşi kimi tanınmışdır.2012-ci ildə İndiana ştatının 50-ci qubernatoru seçilmiş, 2013-cü ilin yanvar ayından etibarən vəzifələrinin icrasına başlamışdır. İndiana ştatının qubernatoru seçildikdən sonra ştat daxilində təhsil imkanlarının artırılması, vergi sisteminin nizamlanması və əhalinin rifah halının artılması sahəsində önəmli işlər görmüşdür. İndiana ştatında əldə edilmiş uğurlarla yanaşı, Mayk Pensin adı müxtəlif qalmaqallarlada hallanıb. İndiana ştatında Pensin qubernator olduğu müddətdə qəbul olunmuş Dini Azadlıqların Restavrasiyası Aktı iş dünyasının nümayəndələri və LGBT tərəfdarları tərəfindən müqavimətlə qarşılanmışdır. Nəticədə, Pens LGBT fərdlərinin hüquqlarını qoruyan əlavə qanun layihəsini qəbul etmək məcburiyətində qalmışdır. Bundan əlavə geniş müzakirələrə səbəb olmuş abort haqqında qanun layihəsidə Pens tərəfindən imzalanmışdır.2016-cı ildə Amerika Birləşmiş Ştatlarında keçirilən 58-ci prezident seçkiləri zamanı Mayk Pens ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən olan Donald Trampın vitse-prezidenti kimi mübarizəyə qoşulmuşdur. Respublikaçılar Partiyasının daxilində keçirilən praymerzlərdə qalib gələn Donald Tramp 2016-cı ilin 9 noyabr tarixində ABŞ Demokrat Partiyasından olan namizəd Hillari Klinton ilə apardığı prezidentlik mübarizəsində qalib gələrək 45-ci ABŞ prezidenti seçilmişdir. 2013-cü ildən etibarən İndiana ştatının qubernatoru vəzifələrini icra edən Mayk Pens 2017-ci ilin 20 yanvar tarixindən etibarən ABŞ-ın 48-ci vitse-prezidenti kimi vəzifələrinin icrasına başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mayk_Pens 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç