Qreq Brayk

Qreq Brayk

Aktyor

BİOQRAFİYA

Qreq Brayk – kanadalı aktyordur. Daha çox “Dişlənmiş” serialında Ceremi Denvers, “Mişar 5”, “Mişar 3D” filmlərində Malik və FarCry 5 videooyununda yalançı “peyğəmbər” İosif Sid rolu ilə tanınır. 1972-ci ildə Kanadanın Vinnipeq şəhərində anadan olub. Atası Don Brayk Kanadanın "Winnipeg Blue Bombers" (CFL) futbol komandasının prezidenti olub. Aktyor olmazdan əvvəl Qreq Toronto restoranlarından birində ofisiant işləyib. 1990-cı illərdə Kuins universitetində oxuyub və incəsənət üzrə bakalavr dərəcəsinə yiyələnib. Tələbə olduğu vaxt universitetinin futbol yığmasında yer alıb. Televiziyada debütü 1998-ci ilə təsadüf edir. İlk ciddi rolunu “Regenezis“ serialında (2004-2008) oynayıb. 2006-cı ildə “Sağ qalan” filmində baş antoqonisti – sadist milyonçu Viktor Harrisi oynayıb. 2008-ci ildə “Mişar 5” qorxu filmində narkoman Malik Skot rolunda çıxış edib. 9 mart 1996-cı ildə Daniel Nikolasla ailə qurub. Cütlüyün üç övladı var: Billi, Dempsi və Ella. Aktyor ailəsi ilə birgə Torontoda yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Greg_Bryk

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç