Lü İfey

Lü İfey

Aktrisa

BİOQRAFİYA

Lü İfey (və ya Kristal Lü) – çinli aktrisa, müğənni, modeldir. Makao Beynəlxalq kinofestivalında“Qızıl lotos” mükafatı laureatı olub ("Ən yaxşı qadın rolu" nominasiyasında). 25 avqust 1987-ci ildə Hubey əyalətinin Tunzsi şəhərində anadan olub. Ailəsinin yeganə övladıdır. Atası An Şaokan Çinin Fransadakı səfirliyinin birinci katibi olub, eyni zamanda fransız universitetlərindən birində dərs deyib. Anası – Lü Syoli rəqqasə və müğənni olub. Lünün  10 yaşı olanda valideynləri boşanıb, o, anası ilə qalıb və soyadını Simeytsiyə dəyişib. 11 yaşında olanda anası ilə Nyu-Yorka (ABŞ) köçüb. Orada Lui Paster adına orta məktəbdə oxuyub. 2002-ci ildə Lü Çinə dönərək aktyorluq karyerasına start verib və özünə Lü İfey təxəllüsünü götürüb. Elə həmin il (15 yaşında olanda) Pekin kinoakademiyasına daxil olub, oranı 2006-cı ildə bitirib. Beynəlxalq müstəvidə daha çox Disneyin “Mulan” tarixi dramında oynadığı baş qadın rolu ilə (Mulan) məşhurlaşıb. Hərçənd filmin dünya premyerası ərəfəsində öz sosial şəbəkə hesabında Honkonqda dinc etirazçılara güc tətbiq edən çinli asayış keşikçilərinə dəstək ismarışı paylaşmaqla, bir çox kinofanatlarının və insan haqqları təşkilatlarının etirazına səbəb olub, bir çox təşkilatlar filmi boykot etməyə çağırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Liu_Yifei

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç