Niki Karo

Niki Karo

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Niki Karo - yeni-zelandiyalı kinorejissor, ssenarist və prodüserdir. Niki Karo 1967-ci ildə Yeni Zelandiyanın Vellinqton şəhərində anadan olub. Oklend universitetinin incəsənət məktəbini bitirib. Magistr pilləsinə isə Melburn şəhərinin Suinbörn Texnologiya Universitetində yüksəlib. Karyerasının əvvəlində daha çox reklam çarxlarının çəkilişi ilə məşğul olub. 1994-cü ildə Niki “Əlbəttə, qalxın!” adlı qısametrajlı filmlə rejissorluq debütünü gerçəkləşdirib. Orada həmçinin ssenarist kimi çıxış edib. Həmin işi Kann kinofestivalının “Qızıl palma budağı” mükafatına namizəd olub. Niki Karonun ilk tammetrajlı filmi “Xatirə və arzu” (1997) melodramı sayılır. Həmin film Stokholm kinofestivalının mükafatına namizəd olub, Niki Karo özü isə “Film and TV Awards” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Niki_Caro

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç