Donald Rey Pollok

Donald Rey Pollok

Ssenarist

BİOQRAFİYA

Donald Rey Pollok – amerikalı yazıçıdır (23 dekabr 1954-cü il təvəllüdlü). XXI əsr qotika cərəyanının parlaq nümayəndələrindən sayılır. Pollok ABŞ-ın Ohayo ştatının Nokemstif şəhərində boya-başa çatıb. 50 yaşına qədər “Mead Paper” kağız fabrikində müxtəlif vəzifələrdə, o cümlədən sürücü vəzifəsində çalışıb. 50 yaşında Ohayo ştatında ingilis dili filologiyası üzrə ali təhsil almağa və hekayələr yazmağa başlayıb. “Knockemstiff” adlı ilk hekayələr toplusu 2008-ci ildə dərc olunub. Orada özünün Ohayoda keçirdiyi uşaqlığı ilə bağlı xatirələrə geniş yer verib. Daha sonra “Şeytan həmişə bizimlədir” adlı ilk romanını yazıb. Adı çəkilən kitab 2011-ci ildə dərc olunub. Roman tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və bir sıra ədəbi mükafatlara layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Donald_Ray_Pollock

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç