Ronda Börn

Ronda Börn

Ssenarist, prodüser

BİOQRAFİYA

Ronda Börn – avstraliyalı yazıçı, ssenarist, “Sirr”, “Güc”, “Magiya”, “Qəhrəman” kimi bestseller romanların müəllifidir. Həmçinin “Sirr” romanı əsasında lenta alınmış “Sirr: Bəxtəvərlik” (2020) filminin ssenari müəllifi və prodüseridir. 12 mart 1951-ci ildə Avstraliyada anadan olub. Ronda karyerasına radio prodüseri vəzifəsində başlayıb. Onun rəhbərliyi altında bir sıra reytinqli proqramlar efirə çıxıb. Daha sonra Ronda "Australia’s Nine Network" telekanalına keçib və orada prodüser Piter Faymanın rəhbərliyi altında çalışıb. 1994-cü ildə “Prime Time Productions” adlı şəxsi prodüser şirkətini təsis edib və “The World’s Greatest Commercials», «Great Escapes», «OZ Encounter» və «Learners» kimi reytinqli şoular təşkil edib. Həmin şoular bir sıra mükafatlara layiq görülüb və dünyanın aparıcı ölkələrinin kanallarında yayımlanıb. Onun “Prime Time Productions” adlı kino-teleşirkəti əvvəl Avstraliyada qərarlaşsa da, sonradan şirkətin Melburn, Çikaqo, Ostin və Lost-Ancelesdə filialları açılıb. Hal-hazırda Ronda Los-Ancelesin (ABŞ, Kaliforniya) şəhər kənarında yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Ronda_B%C3%B6rn

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç