Qana Bayarsaykan
Aktrisa
Qana Bayarsaykan – monqol əsilli amerikalı aktrisa və modeldir. Uşaqlığından aktrisa olmağı arzulayıb və ilk fürsət düşən kimi Londona köçüb. Karyerasına model olaraq başlayıb, müxtəlif nüfuzlu jurnallar üçün poza verib. Daha sonra dram sənəti üzrə kursları bitirib. Böyük ekranlarda debütü 2014-cü ildə “Eks-maşın” elmi-fantastik, psixoloji trillerinə təsadüf edir. Aleks Qarlendin adıçəkilən filmində “Ceyd” adlı androidi canlandırıb. Növbəti ekran işi Mark Atkinsonun “Ben-Qur adına” filmində Hutu rolu olub. 2017-ci ildə Petti Cenkinsin “Möcüzə qadın” superqəhrəman filminə çəkilib. Film DC-nin eyniadlı komiksi əsasında lentə alınıb. 2019-cu ildə Siro Gerranın “Barbarları gözləyərkən” adlı dramında ikinci plan rolda (kor barbar qız) çəkilib. Filmin təqdimatı Beynəlxalq Venesiya Festivalında baş tutub. Aktrisa eyni zamanda “Ülgüclü papaqlar” kriminal-tarixi seriala çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gana_Bayarsaikhan