Kris Mengis
Operator
Kris Menges – britaniyalı kinooperator və rejissordur. 15 sentyabr 1940-cı ildə İngiltərənin Kinqton şəhərində anadan olub. İkiqat “Oskar” mükafatı laureatıdırdır. Bundan başqa, "Ən yaxşı operator işi"nə görə “BAFTA” mükafatçısı olub. Valideynləri əslən Almaniyadandır. Babası skripkaçı, atası bəstəkar və dirijor olub. Karyerasına sənədli və qısametrajlı filmlərin kinooperatoru kimi başlayıb, May Setterlinq, Lindsey Andersonla əməkdaşlıq edib. İlk tammetrajlı filmi “Kes” ( rejissor Ken Louç, 1968) filmi sayılır. Böyük Britaniya və ABŞ-da nüfuzlu rejissorlarla birgə filmlər çəkib. Britaniya və ABŞ kinooperatorlar cəmiyyətinin üzvdür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chris_Menges