Yan Tsapnik

Yan Tsapnik

Aktyor

BİOQRAFİYA

Yan Yuryeviç Tsapnik - rusiyalı teatr və kino aktyorudur. 15 avqust 1968-ci ildə Naum Orlov adına Çelyabinsk Dövlət Akademik Teatrının aparıcı aktyoru Yuri Tsapnikin (1945-2014) ailəsində anadan olub. Anası Valentina Nikolayevna idmançı olub, yüngül atletika ilə məşğul olub. Aktyor uşaqlığında skripkada ifa etməyi öyrənib. Yeniyetmə yaşlarında tədris-istehsalat kombinatında aşpaz peşəsinə yiyələnib. Sverdlovsk Teatr İnstitutunda iki kurs oxuyub. Həqiqi hərbi xidməti kəşfiyyat-desant bölməsində keçib. Tərxis olunduqdan sonra Sverdlovsk Teatr İnstitutuna qayıtmayıb, əvəzində sənədlərini Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna təqdim edib. 1992-2005-ci illərdə Q.A.Tovstonoqov adına Akademik Böyük Dram Teatrın aktyoru olub. 2001-ci ildə “N saylı qrafın xəzinəsi” adlı əyləncəvi-idman teleoyununun aparıcısı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A6%D0%B0%D0%BF%D0%BD%D0%B8%D0%BA,_%D0%AF%D0%BD_%D0%AE%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç