Anna Molçanova
Aktrisa
Anna Nikolayevna Molçanova – rusiyalı teatr və kino aktrisasıdır. 27 may 1975-ci ildə Leninqrad (indiki Sankt Peterburq, Rusiya) anadan olub. Sankt-Peterburq kinoməktəbi və filologiya kollecinin məzunudur. Həmçinin, “Teatr pokoleniy” studiya məktəbini bitirib. Anna Molçanovanın debüt filmi “Okeana düşən yağış” filmi sayılır. Həmin filmdə oynadığı rola görə “Kinoşok” festivalında "Ən yaxşı qadın rolu" nominasiyasında mükafata layiq görülüb. Beləliklə, onun böyük kinoya aparan “qapısı açılıb”. Hərçənd aktrisaya daha geniş populyarlığı 1997-ci ildə teleekranlara çıxan “Sınmış fənərlər küçəsi” serialınının birinci mövsümündə oynadığı rol gətirib. Həmin il həmçinin “Matır” adlı filmdə baş rola çəkilib. Növbəti baş rolu bir də 2004-cü ildə Litva, Rusiya, ABŞ və Çexiya birgə istehsalı olan “Zaman gözətçisi” (The Keeper of Time) filmində oynayıb. 2006-cı ildə övladının dünyaya gəlməsindən sonra demək olar ki, kinopavilyonlardan uzaq düşüb. O, daha çox dublyaj və səsləndirmə işi ilə məşğul olmağa başlayıb. Həmçinin filoloji təhsili ilə əlaqədar rus dilində olan məqələləri xarici dillərə tərcümə edir. 2015-ci ildə kinoya qayıdaraq “Qadağa” adlı lentə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: