Aleksandr Borisoqlebski

Aleksandr Borisoqlebski

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Aleksandr İqoreviç Borisoqlebski – rusiyalı jurnalist, televiziya aparıcısı, prodüser, rejissordur. 15 yanvar 1959-cu ildə Leninqrad şəhərində (indiki Sankt Peterburq, Rusiya) anadan olub. 1982-ci ildə konservatoriyanı bitirdikdən sorna Sovet Ordusunun sıralarına çağrılıb. 1984-cü ildə teatr truppasına qoşulmaq imkanı əlinə düşsə də, atasının getdiyi yolu davam etdirməyə qərar verir və 1984-cü ildən etibarən televiziyada çalışmağa başlayır. Əvvəl informasiya və təbliğat baş redaksiyasının ştatdankənar müxbiri kimi fəaliyyət göstərib, ardınca redaktor və prodüser olub. 1988-ci ildən Leninqrad televiziyasının bədii birliyinin direktoru olub. 1991-ci ildə Sankt-Peterburq meriyasında işləməyə başlayıb, paralel olaraq “Peterburq islahatlara dəstək fondu” ictimai fonduna başçılıq edib. Meriyada xarici-iqtisadi əlaqələr üzrə birinci müavin vəzifəsini tutub. 90-cı illərdə “Pro-Anima” adlı Rusiya-Hollandiya televiziya şirkətini yaradıb. 2005-ci ildə  həmin şirkət Almaniyanın “ARD” və Rusiyanın “ORT” telekanalları ilə birgə “Kreml” adlı filmi ərsəyə gətirib. Kremldə çalışan insanların həyatından bəhs edən film Nyu-York sənədli və televiziya filmləri festivalında ikinci yeri tutub (2007-ci il). 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B3%D0%BB%D0%B5%D0%B1%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%98%D0%B3%D0%BE%D1%80%D0%B5%D0%B2%D0%B8%D1%87
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç