Antonina Maksimova
Aktrisa
Antonina Mixaylovna Maksimova - Sovet teatr və kino aktrisası olub. 7 noyabr 1916-cı ildə Tulada (Rusiya) silah mütəxəssisi və evdar xanımın ailəsində anadan olub. “Paris şəfəqləri” filminin çəkilişi zamanı Dmitri Dorliakla eşq macərası yaşayıb. Onların bir oğlu dünyaya gəlsə də, uşaq körpə yaşında vəfat edib. Dorliakla Maksimovanın bir-birindən ayrılması geniş əks-səda doğurub və B.Şumyatski (1930-36-cı illərdə SSRİ Mədəniyyət işləri üzrə Komitənin Kino Sənayesi Baş idarəsinin rəisi) “pozğun” aktyorun çəkilişlərə buraxılmamasına göstəriş verib. 1938-ci ildə Moskva İncəsənət İnstitutunu bitirib. 1938-ci ildən Moskva Komediya Teatrının truppasına qoşulub. Ardınca Saratov Dram Teatrında çalışıb. 1941-1943-cü illərdə Böyük Vətən müharibəsində rabitəçi qismində iştirak edib. 1947-ci ildən etibarən “Mosfilm” kinostudiyasının aktrisası olub. 4 oktyabr 1986-cı ildə xərçəngdən vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: