Janna Proxorenko
Aktrisa
Janna (Janneta) Trofimovna Proxorenko - sovet və rusiyalı teatr və kino aktrisası olub. 1988-ci ildə RSFSR xalq artisti adını alıb. Janna Proxorenko 11 may 1940-cı ildə Ukraynanın Poltava şəhərində anadan olub. Əsl adı Janettadır. 1964-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Hələ tələbə olanda Sovet İttifaqının kult filmlərindən sayılan “Əsgər haqqında ballada” müharibə dramına çəkilib. Bu debüt rolu ona böyük şöhrət qazandırıb. Həmçinin onun karyerasında rejissor Yuli Rayzmanın “Bəlkə bu eşqdir?” filmi özünəməxsus yer tutur. Həmin filmdə Janna yuxarı sinif şagirdi Kseniya rolunu ifa edib. Kinoaktyor studiyası teatrının aktrisası olub. Birinci həyat yoldaşı kinorejissor Yevgeni Vasilyev olub, bu izdivacdan qızı doğulub. İkinci əri yazıçı, ssenarist və aktyor Artur Makarov (1995-ci ildə qətlə yetirilib) olub. Janna Proxorenko 1 avqust 2011-ci ildə ağır və uzun sürən xəstəlikdən sonra Moskvada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: