Qriqori Çuxray

Qriqori Çuxray

Rejissor, ssenarist

BİOQRAFİYA

Qriqori Naumoviç Çuxray (23 may 1921, Melitopol, Ukrayna – 28 oktyabr 2001, Moskva, Rusiya) – sovet və rusiyalı kinorejissor, ssenarist, pedaqoq, ictimai xadimdir. 1953-cü ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Diplom işi olan filminin çəkilişi zamanı xəsarət alıb. Xəstəxanadan buraxıldıqdan sonra artıq nə çəkiliş qrupu, nə də dekorasiyanın qaldığını görüb. Çuxray öz xatirələrində onu belə bir əlacsız vəziyyətdən məşhur Sovet rejissoru Mixail Rommun çıxardığını qeyd edib. Belə ki, sonuncu onu “Admiral Uşakov” adlı filmin çəkilişinə köməkçi rejissor qismində dəvət edib. O, həmçinin gənc rejissoru həvəsləndirmək üçün ona bir neçə səhnəni müstəqil şəkildə çəkmək imkanı yaradıb. Həmin səhnələr əsas lentə salınmasa da, Çuxray onları montaj edərək diplom işi qismində təqdim edib. 1953-1955-ci illərdə A.Dovjenko adına Kinostudiyada rejissor assistenti, ikinci rejissor olub. 1955-ci ildən etibarən “Mosfilm” kinostudiyasının rejissoru olub. 20 ildən çox müddət ərzində “Mosfilm” kinostudiyasının bədii şurasının üzvü olub. İki dəfə studiyanın partiya komitəsinin üzvü seçilib. 1966-1971-ci illərdə ÜDKİ-nin pedaqoqu olub, rejissorluq emalatxanasına rəhbərlik edib. Həmçinin bir müddət Ali rejissor və ssenaristlik kurslarında dərs deyib. 1963-cü ildə 3-cü Moskva Beynəlxalq Kinofestivalının münsiflər heyətinin üzvü olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Grigori_%C3%87uhray

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç