Qurgen Tonunts

Qurgen Tonunts

Aktyor

BİOQRAFİYA
Qurgen Ovanesoviç Tonunts - tanınmış erməni mənşəli sovet kinoaktyorudur. 1922-ci il sentyabrın 2-də Tbilisidə (Gürcüstan) anadan olub. 1938-1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub. Tonunts paralel olaraq yerli teatr studiyasında çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində (Semyon Dejnev adına buzqıran paraxod) keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri "Admiral Şeer"lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb. Onun kino debütü 1947-ci ildə baş tutub. Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır. Təhsilini 1952-ci ildə başa vurur. 1952-1956-cı illərdə Qazaxıstanın Kustanay vilayətinin Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib. 1957-ci ildən Moskvada kinoaktyorlar üçün təşkil edilən teatr studiyasında aktyorluq edib. 1957-ci ildə ilk dəfə "Şəxsən tanış olan" filmində Kamo rolu Qurgen Tonuntsa məşhurluq gətirir. Filmdə o, erməni inqilabçı Kamo obrazını canlandırır. Qurgen Tonuntsu 1959-cu ildə "Azərbaycanfilm"də çəkilən "Onu bağışlamaq olarmı?" filminə çağıraraq baş rola çəkirlər. Bu filmdə o, Tərlan obrazını canlandırır. 1997-ci il sentyabrın 21-də Moskvada vəfat edib. Aktyor Troyekurovskoye qəbiristanlığında dəfn olunub.

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Qurgen_Tonunts

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç