Svetlana Tormaxova

Svetlana Tormaxova

Aktrisa

BİOQRAFİYA

Svetlana Dmitriyevna Tormaxova – sovet və rusiyalı teatr və kino aktrisasıdır. 21 dekabr 1947-ci ildə hərbi pilot, Rusiya qəhrəmanı Tormaxov Dmitri Dmitriyeviçin ailəsində anadan olub. Anası Mariya Vasilyevna Tormaxova müəllimə olub. İqor adında özündən kiçik qardaşı var. 5 saylı Lutsk şəhər məktəbini (Ukrayna) bitirib. 1973-cü ildə B.V. Şukin adına Teatr məktəbini bitirib. 1973-1983-cü illərdə Y.Vaxtanqov adına Teatrın aktrisası olub. 1973-cü ildə “Əzablı yollar” adlı çoxseriyalı filmə Anisya roluna çəkilməklə kinodebütünü gerçəkləşdirib.  Həmin uğurlu roldan sonra Tormaxovanı mütəmadi olaraq müxtəlif janrlarda olan filmlərin çəkilişlərinə dəvət ediblər. Aktrisanın xidməti siyahısında müxtəlif plan və janrlarda olan 40-dan çox film var. Tormaxova iranlı rəssam Pərviz Cavidlə evli olub. Boşandıqdan sonra 90-cı illərin ortalarından Türkiyədə yaşayıb. İstanbul universitetində oxuyub, məzun olduqdan sonra yerli məktəblərin birində ingilis dilindən dərs deyib. 2005-ci ildə Rusiyaya qayıdıb və müasir kinofilmlərə çəkilməyə başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE%D1%80%D0%BC%D0%B0%D1%85%D0%BE%D0%B2%D0%B0,_%D0%A1%D0%B2%D0%B5%D1%82%D0%BB%D0%B0%D0%BD%D0%B0_%D0%94%D0%BC%D0%B8%D1%82%D1%80%D0%B8%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç