Pyotr Qlebov

Pyotr Qlebov

Aktyor

BİOQRAFİYA

Pyotr Petroviç Qlebov - sovet və rusiyalı teatr və kino aktyorudur. 1981-ci ildə SSRİ xalq artisti adını alıb. Pyotr Petroviç Qlebov 14 aprel 1915-ci ildə Moskvada (Rusiya) anadan olub. Qədim rus zadəgan nəslindəndir. 1931-ci ildə 32 nömrəli Moskva kommuna məktəbini bitirib. 1935-ci ildə Brasov meliorativ-yol texnikumunu bitirib. 1935-1936-cı illərdə Boquçar rayon torpaq idarəsində hidrotexnik işləyib. 1937-1940-cı illərdə Moskvada K.S.Stanislavski adına opera-dram studiyasında aktoyrluq kurslarına gedib. 1941-ci ildən Opera Dram studiyasının aktyoru olub. İkinci Dünya müharibəsinin başlaması ilə könüllü şəkildə cəbhəyə yollanıb. Zenit-artilleriya bölməsində xidmət edib, Moskvanın şəhərkənarı ərazilərini, o cümlədən Oçakova, Peredelkino, Vnukovo aeroportunu faşistlərin bombardmançı təyyarələrinin hücumlarından qoruyub. Moskva yaxın olduğundan xüsusi icazə ilə ara-sıra digər döyüşçü aktyorlarla teatr tamaşalarında iştirak edib. Müharibədən sonra teatra qayıdıb və 1969-cu ilə qədər teatr aktyoru olub. A.P.Çexovun “Üç bacı”, M.A.Bulqakovun “Turbinlərin günləri”, “A.Millerin “Salem ifritələri” və digər pyeslər əsasında qoyulmuş tamaşalarda səhnəyə çıxıb. Kinoda ən yaxşı rolu “Sakit Don” romanının ekranizasiyasında oynadığı Qriqori Melexov obrazı sayılır. 1969-cu ildən Kinoaktyor teatr-studiyasının truppasında yer alıb. 17 aprel 2000-ci ildə Moskvada vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Pyotr_Glebov

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç