Aleksandr Mixaylov

Aleksandr Mixaylov

Aktyor

BİOQRAFİYA

Aleksandr Yakovleviç Mixaylov (əvvəlki soyadı - Baranov, 1958-ci ildən anasının soyadını götürüb) – sovet və rusiyalı aktyor, kinorejissor və pedaqoqdur. 5 oktyabr 1944-cü ildə doğulub. Kiinoda 75-dən çox, teatrda 50-dən çox rolu var. Ekranlarda daha çox “Sevgi və göyərçinlər”, “Kişilər!”, “Rusiyanın ağ qarı”, “Xüsusi təyinatlı dəstə”, “Çoxdan unudulmuş illərin əziz dostu” və digər filmlərdə oynadığı rolları ilə tanınır. Həmçinin bir sıra məşhur mahnıların, romansların, şeirlərin ifaçısıdır, Rusiyanın müxtəlif regionlarında qastrollarda olub. Bir müddət ictimai-siyasi fəaliyyətlə məşğul olub, Rusiya Dövlət Dumasında mandat almaq üçün namizədliyini irəli sürüb. Qatı rus millətçilərindən sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B9%D0%BB%D0%BE%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%AF%D0%BA%D0%BE%D0%B2%D0%BB%D0%B5%D0%B2%D0%B8%D1%87_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç