Pavel Lyubimov

Pavel Lyubimov

Rejissor

BİOQRAFİYA

Pavel Qriqoryeviç Lyubimov (7 sentyabr 1938, Moskva, Rusiya – 23 iyun 2010, Moskva) - sovet və rusiyalı kinorejissor, ssenarist, tərcüməçi olub. 2000-ci ildə Rusiya Federasiyasının əməkdar incəsənət xadimi adını alıb. 1978-ci ildən Kommunist Partiyasının üzvü olub. 1962-ci ildə Ümumsovet dövlət kinematoqrafiya institutunun rejissorluq fakültəsini bitirib. 1964-cü ildən M.Qorki adına kinostudiyada işləyib. Bir müddət kütləvi səhnələr üzrə mütəxəssis olsa da, sonradan quruluşçu-rejissor vəzifəsinə yüksəlib. “Bənövşəli xala” adlı diplom işi 1964-cü ildə Krakov kinofestivalında mükafata layiq görülüb. “Ləpirçi” adlı filmi məşhur sovet aktyoru Andrey Mironovun son filmi olur. Final səhnəsini çəkmək mümkün olmur: çəkilişə bir gün qalmış Mironov vəfat edir. Nəticədə filmi başqa aktyorla yenidən çəkməyib Mironovun xatirəsinə ithaf etməyi qərara alıblar. Ancaq rejissorun dediyinə görə, ekran əsəri məhz buna görə uğursuz olub, çünki rol sonadək "açılmayıb". 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8E%D0%B1%D0%B8%D0%BC%D0%BE%D0%B2,_%D0%9F%D0%B0%D0%B2%D0%B5%D0%BB_%D0%93%D1%80%D0%B8%D0%B3%D0%BE%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç