Natalya Boqunova

Natalya Boqunova

Aktrisa

BİOQRAFİYA

Natalya Vasilyevna Boqunova (8 aprel 1948, Leninqrad (indiki Sankt Peterburq, Rusiya - 9 avqust 2013, Krit, Yunanıstan) – sovet kino və teatr aktrisası olub. 1973-cü ildə ekranlara çıxmış “Böyük dəyişiklik” telefilminə çəkilməklə məşhurlaşıb. Debütünü 11 yaşında olanda İqor Talankinin “Giriş” (1963)  filmində gerçəkləşdirib. Boqunova bu haqda 2001-ci ildə "Ekspress-qazeta"ya verdiyi müsahibədə ətraflı danışıb. Dediyinə görə, İqor Talankinin “Giriş” filminin kastinqi üçün 11 yaşlı qızları pioner otağına toplayıblar. O, əslində həvəssiz şəkildə gəlib və seçiləcəyinə ümid belə etməyib. Ancaq məhz onu seçiblər. Aktrisalıq onun xoşuna gəlib və daha sonra, artıq 14 yaşında olanda”Əlvida, oğlanlar” filminə çəkilib. Beləcə, o, balet fəaliyyətini dayandırmalı olub və peşəkar aktrisa olmağa qərar verib. 1970-ci ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib və Mossovet adına teatr truppasına qoşulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%B3%D1%83%D0%BD%D0%BE%D0%B2%D0%B0,_%D0%9D%D0%B0%D1%82%D0%B0%D0%BB%D0%B8%D1%8F_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç